İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ABŞ-ın bu istəyini ürəyində qoydu, tarix təkrarlansa... - SENSASİON DETALLAR

2596 02.01.2023 19:37 Siyasət A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin sentyabrında Yunanıstana xəbərdarlıq edərək demişdi ki, bir gecə qəfil gələ bilərik. Bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirdi ki, Yunanıstanın təxribatları nəticəsində dialoq məsələsi arxa plana keçdi. Dünən də milli müdafiə naziri Hulusi Akar Yunanıstana növbəti xəbərdarlıq etdi. Bildirdi ki, 40 min kvadratkilometrlik dəniz yurisdiksiyası istəyirlər, beynəlxalq müqavilələri pozaraq adaları silahlandırırlar: "Biz bu günə qədər heç bir təxribata icazə verməmişik, verməyəcəyik də".

Yunanıstan isə xəbərdarlıqlara məhəl qoymur. Türkiyə Yunanıstanı necə cəzalandıra bilər?

Politoloq Samir Hümbətov Musavat.com-a bildirib ki, Türkiyə və Yunanıstan arasında gərginlik son 5 ildir hər gün artan xətt üzrə davam edir:

humbet.jpg (316 KB)

"Dədəağac və s. kimi adalarda silahlanma olmamalıdır, həmin ərazilər neft-qaz zonası kimi qalmalıdır. Amma Yunanıstan həmin adaları silahlandırır. Montrö Konvensiyasına əsasən, bəzi adalar Yunanıstana verilib, amma onlar demək olar ki, Türkiyənin bir neçə kilometrliyindədir. Həmin ərazilərdə Yunanıstan öz dəniz sərhədlərinin milini artırdıqca Türkiyənin ərazisinə müdaxilə forması alır. Belə olan halda əlbəttə ki, Türkiyə ciddi narahat olur. Hətta son 2 il ərzində ABŞ Yunanıstan ərazisində 9 hərbi baza inşa edib. Amerika tərəfi bunu Rusiyaya qarşı hərbi baza adlandırsa da, Türkiyə ilə sərhəddə qurulubsa, o deməkdir ki, bu, Türkiyəyə qarşı olan hərbi bazalardır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar bunu dəfələrlə qeyd edib. Xarici işlər naziri Mövlud Çavuşoğlunun qeyd etdiyi kimi, Türkiyə və Yunanıstan arasında dialoq mühiti tamamilə pozulub. Əvvəlki münasibətlərdə bu var idi. Yunanıstan tərəfinə dəfələrlə xəbərdarlıq edilmişdi. Hətta Yunanıstan baş naziri Kiriakos Mitsotakislə görüşlərdə də bu barədə bildirilmişdi. Ötən ilin martında Mitsotakis Türkiyəyə səfər etmişdi. Onlar razılığa gəlmişdilər ki, bu məsələdə dialoq şəraitini yaratsınlar. Amma daha sonra Yunanıstan tərəfi təxribatları artırdı. Hətta təlim zamanı Türkiyə "F-16"rına qarşı bir kodlaşdırma apardılar. Bunlar ciddi narahatlıq yaratdı.

SAVAŞ EHTİMALI 

Hazırda adalarla bağlı məsələlər gərginlik yaradır. Adaların silahlandırılması davam edəcəksə, bunun sonu silahlı qarşıdurmaya da gedib çıxa bilər. Amma bunu Türkiyə və Yunanıstan arasında genişmiqyaslı müharibə kimi dəyərləndirməyimiz doğru olmaz. Çünki hər iki ölkə NATO üzvüdür. Ən azından Alyans buna imkan verməz. Hesab edirəm ki, ABŞ son nəticədə çəkindirmə siyasətindən istifadə edəcək. Çünki Türkiyə Amerika üçün kifayət qədər strateji əhəmiyyətli dövlətdir və NATO-nun Şərq qanadını qoruyur. O baxımdan kiçik bir Yunanıstan üçün Türkiyəni əldən vermək istəməz. ABŞ yaxşı başa düşür ki, Türkiyəyə qarşı atdığı hər bir addım bu ölkəni ondan uzaqlaşdırır. Düşünürəm ki, Türkiyə tam hesablanmış siyasət aparır. Yunanıstan-Türkiyə gərginliyinin artmasında ABŞ tərəfi maraqlıdır. Belə ki, Yaxın Şərqdə, xüsusilə də Suriyanın şimalında Türkiyənin hazırladığı bir əməliyyat var, hələ ki, onu gerçəkləşdirməyib. ABŞ Türkiyənin fikrini həmin əməliyyatdan yayındırmağa çalışır. Hesab edirəm ki, müharibə olma ehtimalı azdır, amma silahlı qarşıdurma zaman-zaman olur və yenə də ola bilər. Hətta soyuq silahla bir-birinə qarşı şiddət tətbiq edə bilərlər, amma bunun müharibəyə çevriləcəyinə inanmıram. Düşünürəm ki, son nəticədə Türkiyənin maraqlarına zərbə vuracaq hərəkətlərə yol verə bilməyəcəklər. Təxminən 2 il öncə də 27 koalisiya ölkəsi olan Misir, Fransa və digərləri Şərqi Aralıq dənizində Türkiyəyə qarşı gəldilər, lakin Türkiyə onların qarşısını aldı, onun dediyi oldu".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR