İnsanlara hürriyət, millətlərə istiqlal!

Turkcell Ukraynadakı aktivlərini yarım milyard dollar satır

432 28.05.2024 18:50 Dünya A A

Turkcell 2024-cü ilin sonuna qədər Ukrayna aktivlərinin satılması ilə bağlı müqaviləni bağlamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bunu Turkcell-in baş direktoru Ali Taha Koç investorların suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, aktivlər fransız milyarder Xavier Nielin NJJ qrupuna daxil olan DVL Telecom-a satılır: "Biz indi Ukraynanın Antiinhisar Komitəsindən lazımi icazəni gözləyirik. Bu, bu sövdələşmənin bağlanması üçün son addımdır. İcazə verildikdən sonra, inşallah, yaxın gələcəkdə - və biz bir neçə aylıq müddətdən danışırıq - gözləyirik ki, bu il müqavilə tamamlanacaq”.

Onun sözlərinə görə, sövdələşməyə ən böyük maneə Ukrayna məhkəməsi tərəfindən aktivlərin bir hissəsinə qoyulan və sonradan götürülən həbslər, eləcə də Ukrayna Antiinhisar Komitəsinin icazəsinin hələ də verilməməsi olub.

Turkcell-in baş direktoru qeyd edib ki, Ukraynadakı aktivlərin satışından əldə edilən vəsaitlərin hara yönəldiləcəyi ilə bağlı hələ ki, Direktorlar Şurasının qərarı yoxdur. O, Turkcell-in məlumat mərkəzlərinə, yaşıl enerji layihələrinə, xüsusən də yeni günəş elektrik stansiyalarına və 5G auksionlarına sərmayə qoymağa qərar verməsini təklif edib.

29 dekabr 2023-cü il tarixində Turkcell şirkəti Lifecell MMC-nin, həmçinin Global Bilgi MMC və Ukrtauer MMC-nin 100 faiz səhmlərinin, bütün hüquq və borclarının NJJ Capital investisiya şirkətinə verilməsi haqqında müqavilə imzalayıb. Turkcell-ə görə, əməliyyat məbləğinin təxminən 525 milyon dollar olacağı gözlənilirdi.

Bu il aprelin 22-də Ukraynanın Antiinhisar Komitəsi Lifecell, Global Bilgi və Ukrtauer şirkətlərində nəzarəti əldə etmək üçün NJJ qrupuna daxil olan DVL Telecom tərəfindən təqdim edilən sənədlər paketi ilə bağlı əlavə məlumat tələb edib. Bundan əvvəl Kiyev Apellyasiya Məhkəməsi Lifecell MMC, UkrTower MMC və Pacecell MMC-nin korporativ hüquqlarının həbsini ləğv edib. Əvvəllər müqavilənin mayın ortalarına qədər bağlanması planlaşdırılırdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR