İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dünyasının gənc yazarları Fransaya qarşı - QƏZƏBLİ BƏYANAT

825 23.01.2024 23:09 Son xəbər A A

Fransada Xurşidbanu Natəvanın heykəlinin təhqir edilməsinə qarşı Dünya Gənc Türk Yazarlar Birliyi nümayəndələrindən BƏYANAT

Dünya Gənc Türk Yazarlar Birliyi Fransada Xurşidbanu Natəvanın heykəlinin təhqir edilməsinə qarşı bəyanat yayıb. 

Musavat.com həmin bəyanatı təqdim edir: 

"Görkəmli Azərbaycan şairi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-le ban şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qarşı edilmiş nalayiq hərəkət vandalizm, ümumilikdə mədəniyyət amilinə qarşı atılmış təhqiredici addımdır.

Xurşidbanu Natəvan Azərbaycan tarixinin ən parlaq simalarından biridir. O yaşadığı dövrdə istər mədəniyyətə göstərdiyi xidmətlərə, istərsə də insanların gözəl yaşamı üçün gördüyü işlərə görə bu gün də minnətdarlıqla xatırlanır. O həm şair kimi, həm də xeyriyyəçi kimi parlaq fəaliyyəti ilə tarixləşmişdir. Biz Dünya Gənc Türk Yazarlar Birliyinin Türk dünyasının müxtəlif ölkələrindən olan üzvləri olaraq Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı edilmiş bu hərəkəti qınayır və bu kimi addımların yolverilməz olduğunu bəyan edirik". 

1. İntiqam Yaşar - Azərbaycan Respublikası
2. Özgür Bacaqsız -Türkiyə Respublikası
3. Erkinbek Serikbay- Qazaxıstan Respublikası
4. Sayat Kamşiger - Qazaxıstan Respublikası
5. Gülnaz Fayzulla- Qazaxıstan Respublikası
6. Mehrinaz Abbas - Özbəkistan Respublikası
7. Dilroba Norqulova - Özbəkistan Respublikası
8. Rizkul İzzatova -Qırğız Respublikası
9. Bekbolat Sarıbay - Qırğız Respublikası
10. Ayşən Rəhim -Azərbaycan Respublikası
11. Ümid Nəccari - Güney Azərbaycan
12. Ramin Cəbraili Yaşar - Güney Azərbaycan
13. Rahmat Babacan- Özbəkistan Respublikası
14. Ənvər Aykol - Türkiyə Respublikası
15. Dərya Akdemir -Türkiyə Respublikası
16. Jamshid Nurqul Özbəkistan Respublikası
17. Asliddin Yunusov – Özbəkistan Respublikası

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR