İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Birliyi (Turan) qurulsa, paytaxt hansı şəhər olsun? Bakı sakinlərindən ilginc rəylər VİDEO

4436 01.06.2022 20:47 Reportaj A A

Son il yarımda baş verən hadisələr Türk dünyasını da hərəkətə gətirib. Qarabağda Azərbaycanın qazandığı zəfər elə böyük prosesləri tətikləyib ki, həmin proseslərin başlanmasını ən nikbin müşahidəçilər belə 10 illər sonra mümkün sayırdı.

Onlardan biri Zəngəzur dəhlizinin -  Turan qapısının açılmasıdır. Artıq bu məsələ Qarabağda qazandığımız zəfərdən sonra birmənalı olaraq gündəmə gəlib və onun geriyədönüşü yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2020-ci il 3-lü bəyanatına saldırdığı bu önəmli məqam indi dünyanın böyük güclərinin də maraq dairəsinə daxil olub.

Digər bir məsələ, Qarabağ zəfərinin Türkiyə və Azərbaycanın daha da yaxınlaşması, qardaş ölkələrdən ittifaq dövlətlərinə çevrilməsidir. Bununla da bütövlükdə Türk dünyasında aktivləşmə başlamışdır. Artıq yer üzündə mövcud olan türk əsilli dövlətlər bir qurumda  -  Türk Dövlətləri Təşkilatında birləşmişlər.

Türkiyə Prezidenti R.T. Erdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin bərabər yürütdükləri siyasət nəticəsində illərlə haqqnda danışılan və barəsində romantik xəyallar ortaya atılan Turan qurulmaqdadır. Adı məhz Turan olmasa da, Türk Dövlətləri Təşkilatının yaxın zamanlarda Avropa İttifaqı tipində bir birlik quracağı, hətta NATO modelində, hərbi güc oluşduracağı tamamilə mümkün görünür. Belə olacağı halda, bəs, şərti olaraq, Yeni Turan dediyimiz oluşumun paytaxt şəhəri hara olacaq? Məsələn, Aİ-nin və NATO-nun mərkəzləri Belçikanın Brüssel şəhəridir. Bəs, Turana paytaxtlıq edəcək xoşbəxt şəhər hara olsun?

Bu barədə artıq Türkiyədə davamlı xalq sorğular keçirilməkdədir. Rəyi soruşulan Anadolu türklərinin əksəriyyəti ‘’Bakü’’, deyə, cavab verirlər. Bəs, Azərbaycan türkləri Turanın paytaxtı olaraq, haranı görürlər? Biz də TV Musavat olaraq, bu sorğunu Bakı şəhərində keçirtmək qərarına gəldik.  Aldığımız cavablar isə bir-birindən fərqli oldu. Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR