İnsanlara hürriyət, millətlərə istiqlal!

Turizm bölgələrimizdə sürüşmə təhlükəsi

607 08.08.2023 15:13 Gündəm A A

Gürcüstan faciəsinin doğurduğu sual

Qonşu Gürcüstanın Oni bələdiyyəsində, Şovi kurort zonasında torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 18-i ötüb. Axtarışlar hələ də davam edir. Ölənlər arasında uşaqlar da var. Ölkədə bir günlük matəm elan olunub. Təəssüf ki, 18 yaşlı bir azərbaycanlı qız Samirə İsayeva da faciənin qurbanı olub. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib. Bəllidir ki, turizm Gürcüstanın əsas gəlir sahələrindən biridir. Baş vermiş olay, yəqin ki, bu sektora öz neqativ təsirini göstərəcək.

Azərbaycanda da bir neçə turizm bölgəsi var. Bəs həmin yerlərdə sürüşmə təhlükəsi olan ərazilər varmı? İnsanlar nəyə diqqət etməlidir?

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev  açıqlayır - 27.07.2021, Sputnik Azərbaycan

Ənvər Əliyev 

Ekoloq Ənvər Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, sürüşmə əsasən yağıntılardan sonra baş verir:

“Səbəb olmadan avqust ayında sürüşmə ola bilməz.  Antropogen amillər  yerin dayanıqlığını itirən əsas amildir. Güclü yağışlar yağan kimi bu ərazilərdə sürüşmə prosesi müşahidə oluna bilər.  Amma bununla bərabər süxurlardan da çox şey asılıdır. Adətən su keçirən süxurlardan sonra gələn su keçirməyn laylar olan ərazilərdə  sürüşmələr daha çox baş verir. Ona görə də bu cür ərazilərdə hidrogeoloji tədqiqatlar aparılmalıdır, belə yəni yer süxurunun tərkibini öyrənmək vacibdir. Yol infrastrukturunun hazırlanmasında diqqətli olmaq da vacibdir. Biz dəfələrlə "Ağsu aşırımı" tərəflərdə dəfələrlə belə süxurların növbələşdiyini desək də, ancaq bu məsələyə laqeyd baxılmışdır. Ona görə də yolun Muğanlı hissəsi sürüşməyə ən çox məruz qalan sahə olduğundan bu ərazidən keçən yol artıq yararsız hala düşüb. Nəticədə indi o yolu yenidən çəkməli olublar. Halbuki 20 il əvvəl deyilmişdir ki, bu yolu bir qədər yuxarıdan çəkmək lazımdır. Deməyim odur ki, belə hallarda tədqiqat işlərinə xüsusi diqqət vermək lazımdır. İnfrastruktur layihələri həyata keçirilən zaman yamacların istiqamətinə də fikir vermək lazımdır. Məlum olduğu kimi  Gürcüstan ərazisinə bizdən daha çox yağıntı düşür. Belə ki,  Gürcüstanla Azərbaycan ərazisini birləşdirən Kür dağarası çökəkliyinin Qərb hissəsinə respublikamızdan iki-üç dəfə artıq yağıntı düşür. Səbəbi isə ərazismizdəki Kür-Araz ovalığı ilə Gürcüstanın Kolxida ovalığının arasındakı Lix dağları (4620 metr hündürlüyü var), Atlantik okeandan gələn rütubətli hava axınlarının qarşısını kəsərək ərazimizə daxil olmasına imkan verməməsidir. Nəticədə Azərbaycanın şimali-qərb hissəsindən cənub-şərq hissəsinə doğru yağntıların azalması müşahidə edilir.  Ona görə də Gürcüstan ərazisində  sürüşmələr daha çox müşahidə edilir. Bizim ərazimizdə  o cür intensiv sürüşmə ehtimalları daha  az olur”.

Ekoloq əlavə etdi ki, ən çox yağıntı müşahidə edilən Lənkəran zonasına belə Gürcüstana düşən yağıntının yarısı düşmür: “Lənkərana düşən yağıntının miqdarı 1600 mm-dir, Gürcüstanın Kolxida ovalığına isə 3600 mm yağıntı düşür. Azərbaycan ərazisində güclü yağıntılar yazın axırı, yayın əvvəlində müşahidə olunur. Hazırda həmin dövrü artıq keçmişik. Amma hər halda bütün infrastruktur layihələrində, xüsusilə də yol tikintisində bu süxurların tərkibinə, onların yatım istiqamətində aparılan tədqiqat işlərinə hər zaman xüsusi  diqqət yetirmək lazımdır”.

AZƏRTAC

Müzəffər Ağakərimov 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan turizm agentlikləri təşkilatları daxili turizmə turistləri göndərməmişdən qabaq o ərazinin ekoloji, coğrafi vəziyyətini yaxşı öyrənirlər: “Bizim turizm şirkətləri təcrübəlidir. Başqa ölkələrdə nələrsə baş verir, təbii ki, biz buna şərh verə bilmərik. Amma bizim turizm şirkətləri bilirlər ki, hansı marşrutlar daha risklidir, daha təhlükəsizdir, o marşrutlarla turistlərə xidmət edirlər və göstərirlər. Hətta marşrutlarda proqramlar tərtib olunanda bunlar hamısı nəzərə alınır. Bizdə çox təcrübəli turizm işçiləri var ki, onlar bilirlər Qəbələ, Şəki, Qusar, Quba dağlıq zonalarıdır və təhlükəsizlik qaydalarına riayət edirlər. Həm də turistləri göndərməmişdən əvvəl onlarla maarifləndirici işlər də aparırlar. Bundan başqa, sığorta işlərinə baxırlar. Mütləq bütün turistlər sığortalanmalıdır. Sığorta onların təhlükəsiz, sağlamlığı üçün ilk mühüm amildir. Bütün bu işləri nəzərə alıb işimizi qururuq. Yəni kor-koranə turist göndərmirik. Bütün zonalar işlənib, marşrutlar üzrə hazırlanıb. Hətta turizm qurumlarının nümayəndələri də orada fəaliyyət göstərir. Arzu edirik ki, bizdə belə hadisələr olmaz. O cür riskli zonalara biz turist göndərmirik”.

SOS: Azərbaycanın bir neçə kəndi yerli-dibli ləğv olunub –

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev jurnalistlərə açıqlamasında  bildirib ki, Azərbaycanda 99 lokal sürüşmə sahəsi var. Ancaq bunların 42-də aktivləşmə ola bilir ki, həmin sahələrdə də monitorinqlər aparırılır: “Ümumi götürdükdə hazırda ölkədə sürüşmə zonalarında ciddi aktivlik müşahidə olunmur. Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir. Bir müddət əvvəl Siyəzəndə sürüşmə olmuşdu. Hazırda həmin ərazidə aktivlik yoxdur. Abşeronun sürüşmə zonalarında yalnız Masazır və Nübar yaşayış massivində zəif dislokasiyalar var. Bakının Bayıl qəsəbəsində aparılan müşahidələrə əsasən deyə bilərəm ki, həmin ərazidə heç bir dəyişiklik və gərginlik yoxdur.” Xidmət rəisi deyib ki, bu gün əsasən cənub bölgəsində monitorinqlər aparılır: “Cənub zonasında lokal sürüşmələr qeydə alınır. Yardımlı-Masallı yolunun sağ çiynində qırılıb düşmə var. Yağışların mövsümi xarakterli artmasıyla sürüşmə proseslərində zəif aktivlik baş verə bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR