İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Həsənlinin vəziyyəti yenidən pisləşdi - FOTO

973 09.12.2023 12:50 İdman A A

Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və "Xarı Bülbül" (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesabında yazıb.

O, voleybolçunun qanaxma səbəbilə yenidən əməliyyat edildiyi bildirib.

Z.Rəcəbov Turalın təcili qana (3+) ehtiyacı olduğunu, kömək edəcək şəxslərin Qan Bankına yaxınlaşmalarının vacibliyini qeyd edib.

Qeyd edək ki, 33 yaşlı oyunçunun "Panatinaikos"a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR