İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzqalada gərginlik artdı

685 02.05.2024 14:15 Region A A

Tovuzqala bölgəsində vəziyyət gərgin olaraq qalır.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Kirantsın girişini bağlamaq üçün Şirak, Araqatsotn və Armavir bölgələrinin polis qüvvələri də buraya yerləşdirilib. Milli Cəbhənin Telegram kanalında yayılan məlumatda deyilir ki, səhər tezdən böyük polis qüvvələri Kirants kəndinə gəlib və yolu bağlayan sakinlərə, o cümlədən azyaşlılara qarşı güc tətbiq ediblər.

Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, Müdafiə Nazirliyi Kirants kəndi yaxınlığında minalardan təmizləmə işləri aparır, ona görə də ora gedən yollar bağlıdır. Jurnalistləri də kəndə buraxmırlar.

Kəndin başçısı Kamo Şahinyanın sözlərinə görə, kənd sakinləri minalardan təmizləmə prosesinin qarşısını almaq üçün növbətçi olub. İnsanlar Ermənistan hakimiyyətinin ərazilərin birtərəfli qaydada Azərbaycana verilməsinə etiraz edirlər. Eyni zamanda, hakimiyyət sakinlərin təhlükəsizliyinə zəmanət vermədiklərini açıq şəkildə bildirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR