İnsanlara hürriyət, millətlərə istiqlal!

TOKİ-dən tarixi kampaniya: 20 min mənzil açıq satışa çıxarılır

2376 14.06.2026 19:40 Ölkə A A

Türkiyədə mənzil almaq istəyənlər üçün yeni imkan yaradılıb.

Musavat.com xəbər verir ki, Türkiyənin Mənzil İnkişaf İdarəsi (TOKİ) iyunun 15-dən etibarən ölkənin 64 vilayətində yerləşən 20 min mənzil üzrə açıq satış kampaniyasına start verir.

Kampaniya çərçivəsində müraciət edənlər üçün gəlir məhdudiyyəti tətbiq olunmur. Həmçinin mənzilin yerləşdiyi şəhərdə qeydiyyatda olmaq və ya yaşamaq şərti də tələb edilmir.

Mənzillərin qiyməti layihənin yerləşdiyi şəhərə və sahəsinə görə dəyişir. Satışa çıxarılan evlərin qiyməti 2,1 milyon türk lirəsindən (təxminən 90 min manat) başlayır.

Aylıq ödənişlər isə 18 min türk lirəsindən (təxminən 770 manat) başlayır.

TOKİ rəsmilərinin məlumatına görə, açıq satış üsulu ilə həyata keçiriləcək kampaniya geniş alıcı kütləsini əhatə edir və mənzillər üçün müraciətlər birbaşa layihələrin yerləşdiyi bölgələrdə qəbul olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR