İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı -Kövrək ANLAR (VİDEO)

1083 09.03.2023 18:15 Son xəbər A A

Xəbər verdiyimiz kimi FHN-nin zəlzələ ilə bağlı Türkiyəyə ezam olunmuş növbəti heyəti Bakıya dönüb.

Türkiyədən dönən heyəti qardaş Türkiyənin ölkəmizdəki səfiri Cahit Baxçı qarşılayıb. O heyətin rəhbəri Fövqəladə Hallan nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə təyyarədən enərkən görüşüb və ona təşəkkür edib. Bu zaman əlində Türkiyə bayrağı ilə təyyarədən enən FHN-nin bir əməkdaşını səfir qolundan tutaraq özünə çəkib və qucaqlayıb. Kövrək anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Manset.az həmin şəxsin kimliyi ilə bağlı araşdırma edib. Məlum olub ki, o FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Tural Rzayevdir. Tural Rzayev Türkiyədəki dəhşətli zəlzələdən sonra yaranan dağıntılar altından insanların çıxarılması zamanı xüsusi qəhrəmanlıqlar göstərib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR