Bəxt də yaxşı şeydir. Bəzilərinin bəxti həqiqətən gətirir. Doğrudur, insanın qazandığı şeylərdə bəxt faktoruna əslində çox da inanmıram. Məncə, qazanmaq üçün çox çalışmaq lazımdır, amma camaatın anlayacağı məsələlər haqqında danışmaq istədiyim üçün hər kəsin az-çox qəbul etdiyi bəxt haqqında danışacağam. Sanki bəxt məsələsi var və mütləqdir.
Bu bəxt ki var, yaman şeydir.
Bəziləri bir şeyi çətin öyrənir. Yüzlərlə dəfə baş salırsan, on dəfə də göstərirsən, amma adam anlamır ki anlamır. "A kişi, filankəsin qızını al, qaynatan səni kişi edər, əlin yağ-bal içində olar" deyirsən. Adam anlamır ki anlamır.
Bir başqa zümrə daha var. Nə haqqında danışsan, o dəqiqə məsələni anlayır. Fikri havadan qapır - necə deyərlər.
Sizə o adamların sirri haqqında danışacağam.
Çox sadədir.
Təqlid edəcəksən.
Necə?
Hmm. Kopyalayacaqsan.
Hər hərəkətin və davranışın altında yatan bir fəlsəfə var. Anlamırsınız. "Adam niyə belə davranır" sualına cavab tapa bilmirsiniz.
Təqlid edin.
Hərəkətlərin təqlidi axırda uğurun fəlsəfəsini də sizə aşkar edəcək.