İnsanlara hürriyət, millətlərə istiqlal!

Təqaüd alanlar Qarabağda işə cəlb ediliblər

2555 13.09.2022 13:42 Texnologiya A A

"Technest" Təqaüd Proqramı çərçivəsində təqaüd alan tələbələr işğaldan azad olunan ərazilərdə İT üzrə işə cəlb edilib.

Musavat.com xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi "Technest" Təqaüd Proqramının 2021-2022 tədris ilinin yekunlarına həsr olunan konfransında  agentliyin "Bacarıq və səriştələrin təkmilləşdirilməsi proqramları" departamentinin rəhbəri Elnarə Əlizadə bildirib.

"Qarabağda yenidənqurma işləri aparılır. Ölkə üçün prioritet məsələlərdən biri odur ki, işğaldan azad olunan ərazilər də inkişaf etsin. Rəqəmsal inkişaf da prioritet məsələlərdən biridir. Hazırda təhsil sahəsində bir çox tərəfdaşla işləyirik. Onlar birbaşa bizim gənclərlə, təqaüdçülərlə işləyirlər. Bu təqaüdçülərdən 202 nəfərin arasından işğaldan azad olunmuş torpaqlarda artıq işləyənlər var. Orada İT sahəsində fərqli işlər həyata keçirirlər. Eləcə də orada tikilən "Ağıllı kənd", "Ağıllı şəhər" layihəsini həyata keçirmək üçün bizim gənclərə ehtiyac var. Ümumiyyətlə, "Technest" təqaüd proqramının Şuşada ayrıca bir regional mərkəz kimi fəaliyyət göstərəcəyinə də ümidliyik", - E.Əlizadə qeyd edib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR