İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təhminə” filminin "Təhminə"si: “Fəxrəddinlə Zülfiyyə məni aldatsa da...” - FOTOLAR

3348 23.11.2016 14:47 Şou-biznes A A
Türkiyənin məşhur aktrisası, “Təhminə” filminin Təhminəsi Meral Konrat Bakının qonağıdır. 

Musavat.com xəbər verir ki, film festivalına qatılan aktrisa jurnalistlərin suallarına cavab verib. 

O, illər öncə xalq artisti tərəfindən aldadılaraq Bakıya gətirildiyini, Zülfiyyə Xanbabayevanın “Mənimsən” klipində çəkiləcəyindən xəbərsiz olduğunu deyib: "Məni Bakıya Fəxrəddin dəvət etdi və bildirdi ki, "Təhminə” filminin ikincisi çəkiləcək, Bakıya gəl. Fəxrəddinin sözlərinə güvənərək gəldim. Zülfiyyə Xanbabayevanın kimliyini soruşanda bildirdi ki, Azərbaycanın səs sənətçisidir, filmin musiqisini ifa edəcək. Mən də inandım. Əgər bunu Fəxrəddin bilmirdisə, məni dəvət etməməli idi. Filmlə bağlı  afişa da hazırlamışdılar. Məni uşaq kimi aldatdılar. O klipdən pul almadım. Ssenarini soruşanda mənə dedilər ki, sənə göndərəcəyik, oxuyarsan, müqavilə üçün yenidən dəvət edəcəyik. Heç olmasa, Zülfiyyə xanım gerçəyi deyərdi. Pul önəmli deyil. İnsan zəng edər ki, Meral xanım, filmin treylerini çəkdik, amma film alınmadı. Biz də klipə çevirdik. Aldadılmaq pis hissdir. Ondan sonra Fəxrəddin bəyə filmin ssenarisini soruşmaq üçün dəfələrlə zəng etdim, amma zənglərimə cavab vermədi. Bir müddət sonra "Nərgiz" jurnalı üçün Bakıya gəldim. Fəxrəddinlə birlikdə fotolar çəkdirdik. O mövzunun açılmasını istədim, amma heç nə soruşa bilmədim. İnsan qardaşına da əsəbləşir. Fəxrəddinlə qardaş kimi olmuşuq. Fəxrəddinə ona görə əsəbləşirəm. Ən azından ona görə məndən üzr istəsin. Mən məhkəməyə verib, təzminat davası açdıra, çoxlu pul da qazana bilərdim. Amma etmədim, çünki Fəxrəddini sevirəm. Zülfiyyə xanımdan da çox incimişəm. Zülfiyyə xanımla burada tanış oldum. Zülfiyyə xanım da məni aldatdı. O, tanınmış sənətçi ola bilər, amma sənətçi olaraq bu oyuna qoşulması heç xoş deyil. Fəxrəddin Manafov və Zülfiyyə Xanbabayeva məndən üzr istəməlidir. Bu gün Fəxrəddin Manafovun gələcəyini bilmirəm. Amma dəvət edilib".

Könül İbrahim,
Musavat.com,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR