İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Xankəndidə həbslər gedir, Xocalı qatili də yaxalandı, Yevlaxda görüş BAŞLADI - CANLI

1994 29.09.2023 16:24 Gündəm A A

Qondarma rejimin Təhlükəsizlik Şurasının keçmiş katibi Arşavir Qaramyanı da hüquq mühafizə orqanlarımız tərəfindən saxlanılıb.

Musavat.com bildirir ki, bu haqda teleqram kanallarında xəbərlər yayılıb. Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir.

Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı qüvvələrinin keçmiş komandanı Levon Mnatsakanyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Erməni mediası isə yazır ki, Qarabağda cəmi 4-5 minə yaxın erməni qalıb, əsasən polis, xilasetmə xidməti və həkimlər. Yaxın saatlarda onlar da Ermənistana köçəcəklər.

Bu gün Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər. Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib. Artıq su anabrının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.

Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev aparıcı Emil Salamoğlunun suallarını cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR