İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Türkiyədə limanda güclü partlayış - Yaralılar var

721 07.08.2023 16:43 Hadisə A A

Türkiyənin Kocaeli vilayətində güclü partlayış baş verib.

Musavat.com xəbər verir ki, sözügedən hadisə Derince limanında baş verib.

Partlayış nəticəsində dağıntılar altında işçilərin qaldığı bildirilir. Hadisə zamanı 10 nəfər yaralanıb. Partlayışın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.  

Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub.

Partlayışın şiddətinin yaratdığı təzyiq nəticəsində Derincedə bəzi binalarda mənzillərin pəncərə şüşələrinin partladığı bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR