İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiyada daha iki terror - bombalı hücum və partlayışlar... CANLI

1327 01.04.2024 14:45 Son xəbər A A

Rusiyanın Voronej şəhərində kafedə partlayış baş verib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Rusiya mətbuatı kafenin zədələnməsinə və şüşələrinin sınmasına səbəb olan hadisənin bombalı hücum olduğunu bildirib.

Partlayış zamanı kafenin boş olduğu, ölən və yaralananların olmadığı bildirilib. Rusiya martın 22-də paytaxt Moskvada konsert salonunda baş verən və 140-dan çox insanın ölümü ilə nəticələnən terror aktından sonra həyəcan təbili çalıb.

Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində yerləşən “Uralmaşzavod”da böyük yanğın başlayıb. Rusiya mətbuatı məlumat yayıb. Yanğın 800 kvadrat metr ərazini əhatə edir. Qeyd edək ki, şəhərdə Mərkəzi Hərbi Dairənin qərargahı, Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Rəyasət Heyətinin və 35 federal hökumətin ərazi orqanları yerləşir.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla gündəmi müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR