İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Prezident Pezeşkianı Azərbaycana DƏVƏT etdi, rəqibindən isə QƏLƏBƏYƏ reaksiya - CANLI

1838 06.07.2024 11:54 Son xəbər A A

İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb. İranın Seçki Qərargahı məlumat yayıb. Ümumilikdə 30 milyon 530 mindən çox səs hesablanıb. Yekun statistikaya əsasən, 49,8% seçici fəallığı ilə Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib. Pezeşkian 16 384 403 (53,6%) səs toplayaraq qalib gəlib. Səid Cəlili isə 13 538 179 səs toplayıb.

“Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”.

Prezident İlham Əliyevin İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubunda deyilir.

“İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm. Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”, - dövlət başçısı qeyd edib.

“Xalqın seçdiyi hər kəs nüfuzludur və ona qarşı sayğı qorunmalıdır”. İran prezidentliyinə namizəd, seçkilərdə Pezeşkiana məğlub olan Səid Cəlili deyib. “Hörmət etməkdən əlavə, biz seçilənə güclü inkişafına töhvə vermək üçün bütün imkanlarımızla dəstək olmalıyıq”, - Cəlili qeyd edib.

Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsində azərbaycanlı ailəsində anadan olub.

1973-cü ildə hərbi xidmətini yerinə yetirmək üçün Zabula yollanıb, xidmətini başa vurduqdan sonra doğma şəhərinə - Təbrizə qayıdıb. Soyadı fars dilindən tərcümədə “həkimlər” mənasını verən Pezeşkian Təbriz Universitetinin Tibb fakültəsindən məzun olub.

O, İran-İraq müharibəsi illərində tez-tez ön cəbhəni ziyarət edərək, buraya tibbi heyət göndərməklə yanaşı, hərbçi və həkim kimi fəaliyyət göstərməkdən məsul olub.

Pezeşkian 1985-ci ildə tibb məktəbində fiziologiyadan dərs deməyə başlayıb. Müharibədən sonra o, Təbriz Tibb Elmləri Universitetində ümumi cərrah ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə isə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə təhsil alıb. O, 1994-cü ildə Təbriz Tibb Elmləri Universitetinin rektoru seçilib və bu vəzifədə 5 il fəaliyyət göstərib.

Şəxsi həyatına gəlincə, ginekoloq olan həyat yoldaşını və bir övladını 1993-cü ildə avtomobil qəzasında itirən Pezeşkian bundan sonra evlənməyib, 2 oğlu və 1 qızını tək böyüdüb.

Onun siyasi fəaliyyəti isə 1997-ci ildə səhiyyə naziri köməkçisi olaraq Məhəmməd Hatəminin idarəetməsinə qatılması ilə başlayıb. Pezeşkian 4 il sonra səhiyyə naziri postuna yüksəlib. O, 2001-2005-ci illərdə bu vəzifədə çalışıb. 5 dəfə Təbrizdən İran parlamentinə seçilən Pezeşkian 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Züriyə Qarayeva ilə İran seçkilərini və Şuşa sammitini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR