İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Naxçıvan Ali Məclisi toplanır, gündəlikdə... Talıbovlar – Nemət Pənahlı ilə “Canlı debat”

749 07.01.2023 12:49 Siyasət A A

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb.

APA-nın Naxçıvan bürosunun xəbərinə görə, qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası 2023-cü il yanvar ayının 10-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi
3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Ali Məclisin iclasında nələr olacağı və Talıbovlarla bağlı hansısa qərarların qəbul olunacağı da sual yaradan məqamlardandır.
Bu və gündəmdəki bir çox məsələləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR