İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bakıda sığınacağa HÜCUM EDİLDİ - ANBAAN GÖRÜNTÜLƏR

2008 08.08.2023 11:54 Hadisə A A

Bir neçə gün əvvəl Bakıda uşaq sığınacağına hücum edilməsi barədə xəbər vermişdik.

Həmin sığınacaq yenidən hücuma məruz qalıb.

Bu barədə Musavat.com-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, ötən gün sığınacağa yerləşdirilmiş uşaqların valideynləri yenidən ora hücum çəkiblər:

“Bununla artıq ikinci dəfədir ki, mərkəzə hücum edirlər, artıq yenidən nə vaxt hücum edəcəklərini bilmirik. Polis davamlı olaraq sığınacağa nəzarət edir, hər dəfə belə yaxınlaşdıqca hücumların qarşısını alınır. Uşaqlar isə hazırda mərkəzimizdədir”.

Musavat.com xatırladır ki, uşaqların sığınacağa yerləşdirilməsinin və valideynlərinin buna etiraz etməsinin səbəbi həmin uşaqların valideynləri tərəfindən dilənçiliyə vadar edilməsidir. 

“Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. Bu uşaqlar təhlükəsiz yaşamaq, təhsil almaq haqqına sahibdirlər. Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək münaqişə yaradanları ərazidən uzaqlaşdırdı, barələrində araşdırma aparılacaq”, - deyə Kəmalə Ağazadə bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR