İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ-dan İrəvana ŞOK - FOTOLAR

3211 24.11.2023 15:45 Dünya A A

Avropa İttifaqına (Aİ) yaxınlığı ilə tanınan və baş ofisi Brüsseldə yerləşən “EU Reporter” nəşri Rusiyanın embarqolu kommersiya məhsullarını Ermənistanın gəmiçilik şirkətləri vasitəsilə tədarük etdiyini iddia edib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti, Ticarət Nazirliyi və Aİ qurumları müvafiq erməni şirkətlərinə qarşı istintaq başlatmağa hazırlaşırlar.

Məlumata əsasən, “EU Reporter” xəbər saytında “Ermənistan Putinin Ukraynaya qarşı müharibəsində logistika mərkəzidirmi?” adlı təhlil məqaləsi dərc olunub.

Nəşrin ABŞ Ticarət Departamentindən və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsindən əldə etdiyi məlumata görə, Rusiya Qərbin embarqo qoyduğu məhsullarını dünya bazarlarına çıxarmaq üçün Batumi-Novorossisk yolundan istifadə edir və məhsullarını Gürcüstan limanlarına çatdırır.

LİMAN SON .png (520 KB)

Ermənistanda fəaliyyət göstərən şirkətlər embarqo qoyulmuş Rusiya məhsullarını dünya bazarına çıxarmaq üçün istifadə olunur.

600 KONTEYNER

Məlumata görə, hər həftə Gürcüstan limanlarına 600 konteyner Rusiya məhsulları gəlir. Gəmi və konteynerlər Ermənistan gəmiçilik şirkətlərinə məxsusdur.

GÜMRÜ ANBARA ÇEVRİLİB

Nəşr iddia edir ki, Moskva bu üsulla Qərb ölkələrinin ixracını qadağan etdiyi kommersiya məhsullarını da Rusiyaya gətirib. Bunlara geyim sənayesi məhsulları, avtomobillər və yan sənaye hissələri, tibbi məhsullar daxildir. Bu üsulla Rusiyaya gələn nəqliyyat vasitələrinin əksəriyyətinin ABŞ malları olduğu vurğulanır.

Bildirilir ki, Gürcüstan limanlarından daxil olan bu mallar Ermənistanın Gümrü şəhərinə aparılaraq anbarlarda saxlanılıb, daha sonra quru yolla və ya Ermənistan gəmiçilik şirkətlərinə məxsus gəmilərlə Rusiyaya gətirilib.

GUMRU .png (792 KB)

2 ŞİRKƏT DİQQƏT ÇƏKİR

Bu şəkildə ABŞ-dan Gürcüstana göndərilən malların əksəriyyəti Amerikada yerləşən “C&M International LLC” gəmiçilik şirkəti tərəfindən aparılır. Bu malları Gürcüstan limanlarından Rusiyaya daşıyan Rusiya gəmiçilik şirkəti isə “Black Sea Forwarding LLC”dir.

Nəşr həmçinin iddia edir ki, embarqoları pozan bütün şirkətlər ABŞ və Aİ tərəfindən qadağan olunmuş şirkətlər siyahısına daxil edilə bilər.

Avropa İttifaqı komissarı və ABŞ Ticarət Nazirliyinin sxemdəki şirkətlərin fəaliyyətini araşdırdığı bildirilir.

ABŞ Sənaye və Təhlükəsizlik Bürosundan əldə edilən məlumatlara görə, Ermənistanın 2021-2022-ci illərdə Amerikadan mikroçip və çip ixracı 500 faiz, Aİ-dən isə 200 faiz artıb.

ABŞ mənbələrinə görə, bu çiplərin 97 faizi embarqoları pozaraq Rusiyaya göndərilib və Rusiya ilə Ermənistan arasında ticarətin həcmi 2022-ci ildə 5 milyard dollara çatıb. 2021-ci ildə bu rəqəm cəmi 2,6 milyard dollar olub.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR