İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan 77 növ dəzgahın Rusiyaya satışını qadağan etdi

392 07.03.2024 00:09 Dünya A A

Tayvanın Rusiyaya 77 növ dəzgahın ixracına qoyduğu məhdudiyyətlər bu avadanlığın ölkədə mövcudluğu ilə bağlı problem yaratmayacaq.

Bu barədə TASS-a Rusiya Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, yeni sanksiyalar Rusiyanın “texnoloji suverenliyinə” təsir etməyəcək: “Çünki hazırda sadalanan bütün növ avadanlıqlar üçün ya Rusiyada istehsal olunur, ya da dost ölkələrdən avadanlıqların tədarükü davam edir”.

Qeyd edək ki, Tayvan yüksək texnologiyalı məhsulların Rusiya və Belarusiyaya ixracına məhdudiyyətlər siyahısını 77 növ dəzgahla genişləndirmək barədə qərar qəbul edib. Xüsusilə söhbət CNC emal dəzgahlarından, həmçinin torna, freze və daşlama maşınlarından gedir. Adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, 2023-cü ildə Tayvandan Rusiyaya məhdudlaşdırılmış məhsulların tədarükünün həcmi 45 milyon dollar təşkil edib.Yeni tədbirlər martın 8-dən qüvvəyə minəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR