İnsanlara hürriyət, millətlərə istiqlal!

Talıbovun qəsri əlindən alındı, köhnə evinə köçürüldü – Tural Səfərovla “Canlı debat”da

1628 28.12.2022 11:27 Siyasət A A

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına qadağa qoyulub.

Qaynarinfo.az-a istinadən xəbər verir ki, Naxçıvan Hava Limanında müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

Hazırda Seymur Talıbova məxus biznes obyetləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənar çıxararaq, biznes qurduğu məlum olub.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetin prorektoru idi. O, həmçinin Ali Məclisin deputatdır.

Eyni zamanda Talıbovun qəsrinin əlindən alınması, eyni zamanda onun ilk, köhnə evinə qaytarılması ilə bağlı xəbərlər var.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da tns.az saytının rəhbəri Tural Səfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR