İnsanlara hürriyət, millətlərə istiqlal!

Tadevos Avetisyan: "Ermənistanın dövlət borcu durmadan artır, artıq hər vətəndaşa..."

614 07.12.2023 16:25 Region A A

“2023-cü ilin oktyabr ayına olan məlumata görə, Ermənistan Respublikasının dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% artaraq 11 milyard 116 milyon ABŞ dolları təşkil edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin eyni adlı fraksiyasının deputatı, daşnak Tadevos Avetisyan yazıb.

Onun sözlərinə görə, 2022-ci ilin oktyabrında 12,6% güclü iqtisadi artımla dövlət borcu təxminən 10% artaraq 10 milyard ABŞ dolları həddini keçib.

“Paşinyan iqtidarının 5 ilində isə dövlət borcu təxminən 65% və ya təxminən 4 milyard 400 milyon ABŞ dolları artıb.

Başqa sözlə, bu hökumət dövlət borcunu Ermənistan Respublikasının hər bir vətəndaşı üçün təxminən 1500 dollara qədər yüksəldib.

Əslində, mövcud hökumətin dövründə dövlət borcunda ildə orta hesabla 13% artım müşahidə olunub.

Paşinyan hakimiyyəti Ermənistanı borc içində saxlayır, bugünkü sürətlə artan borc yükünü nəsillərin öhdəsinə buraxır”, - deyə erməni deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR