İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda yanğın yerinə yaxın ərazilərin qaz təchizatı dayandırılıb

404 18.01.2024 00:50 Hadisə A A

Sumqayıtda təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin sözçüsü Eldəniz Vəliyev bildirib.

"Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Hadisənin baş vermə səbəbini hüquq-mühafizə orqanlarının istintaqından sonra bilinəcək", - sözçü qeyd edib.

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binası yanır. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR