İnsanlara hürriyət, millətlərə istiqlal!

Şübhəli vətəndaş özünə xəsarət yetirdi

1039 10.08.2023 00:11 Hadisə A A

Xəzər rayonunda yerləşən "Qala” stansiyası ərazisində saxlanlan şübhəli şəxs qollarını şüşə ilə doğrayıb.

Musavat.com Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə avqustun 8-də, saat 12:00 radələrində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Sakit (şərti) "Qala” stansiyası ərazisində özünü şübhəli apardığına görə polis əməkdaşları ona yaxınlaşıblar. Lakin Sakit qaçmağa cəhd edib, polisin əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb, onlara qarşı tabesizlik göstərib.

Daha sonra Sakit əlindəki şüşəni sındıraraq, özünə xəsarət yetirib.

Məhkəmənin qərarı ilə Sakit İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 8 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR