İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqunun uşaqlarının anasının ərinin Dubayda sərvətləri ortaya çıxdı

1036 28.05.2024 21:30 Dünya A A

Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun qeyri-qanuni uşaqlarının anası Yelena Kaminskas (Şebunova) ilə evli olan iş adamı Adolfas Kaminskas Dubayda daşınmaz əmlaka pul yatırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Litvanın Siena Jurnalistika Araşdırma Mərkəzinin araşdırmasında deyilir.

Həmin mənzilləri alarkən Adolfas Kaminaskas Litva pasportundan istifadə edib. Doğrudur, sonradan Rusiya vətəndaşlığına malik olduğu üzə çıxdığı üçün o, Litva vətəndaşlığını itirib.

Alınan məlumatlara görə, 2022-ci ilin noyabr ayında Kaminskas tikilməkdə olan Palm Beach Towers layihəsinə təxminən 4 milyon avro sərmayə qoyub. Burada o, hər biri 124 kv.m olan 3 mənzil alıb. Bu mənzillərdən biri sonradan Yelena Kaminskas adına yenidən qeydiyyata alınıb.

“Siena”nın məlumatına əsasən, iş adamı hazırda Latviya vətəndaşlığından məhrum edilməsi barədə qərara məhkəmədə etiraz etməyə çalışır. Qərarın iyunun 12-də açıqlanması gözlənilir.

2017-ci ilə qədər Kaminskas moped satan kiçik biznesə sahib idi, lakin sonradan nədənsə sürətlə varlanmağa bşlayıb. Kaminskas Vilnüsdə 20 milyon avro dəyərində aktivləri olan bir neçə müəssisənin benefisiarına çevrilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR