İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqudan vahid hava hücumundan müdafiə açıqlaması

1031 26.11.2023 18:55 Region A A

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, KTMT-yə üzv ölkələrlə ikitərəfli sazişlər əsasında vahid hava hücumundan müdafiə sistemi yaradılıb.

Musavat.com bildirir ki, erməni mediası bu barədə “İnterfaks”a istinadən xəbər yayıb.

Nazir bildirib ki, müdafiə sistemi ikitərəfli səviyyədə yaradılıb.

“Bizim hər bir dövlətlə müqaviləmiz, hava hücumundan müdafiə sistemlərimiz var. Bu, Ermənistana, Qazaxıstana, Qırğızıstana, Tacikistana və təbii ki, Belarusa aiddir”, - Şoyqu deyib.

O qeyd edib ki, sistem təchiz olunub, işləyir.

“Biz vaxtaşırı təlimlər keçiririk, döyüş vəziyyətində saxlayırıq”, - Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Şoyqu qeyd edib ki, “sənədlər tələb olunarsa, biz bunu sənədləşdirəcəyik”.

“Lakin bizim KTMT üzvü olan ölkələrin hər biri ilə ikitərəfli sazişimiz var. Və bu ikitərəfli razılaşmaya əsasən sistem yaradılıb”, - Rusiya müdafiə naziri vurğulayıb.

Şoyqu bildirib ki, Rusiya KTMT-yə üzv ölkələrlə birgə hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün hər şeyi etməkdə davam edir, o cümlədən xüsusi əməliyyat təcrübəsini nəzərə alaraq.

KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Ermənistan KTMT-nin son tədbirlərini boykot edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR