İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Əli Əliyev VƏFAT ETDİ FOTO

4220 26.04.2026 17:44 Hadisə A A

Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.

Musavat.com Report-a istinadla bildirir ki, 1956-cı ildə anadan olan sənətkar uzun illər sənətə xidmət göstərib.

O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib.

Əli Əliyev teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkar "Anamın kitabı", "Dəli İbrahim", "Məşədi İbad" kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb və Azərbaycan teatr tarixində özünəməxsus iz buraxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR