İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Azərbaycanda əsgər özünü həbsxanada GÜLLƏLƏDİ

1831 05.08.2023 20:50 Hadisə A A

Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 5 saylı cəzaçəkmə müəssisəsində əsgər 2004-cü il təvəllüdlü Şamxalov Ülvü İlyas oğlu xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan rayon xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Penitensiar Xidmətdən faktı APA-ya təsdiq ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR