İnsanlara hürriyət, millətlərə istiqlal!

Smartfonlar üçün gizli kodlar

3017 11.09.2022 08:40 Texnologiya A A

Smartfonunuzun texniki xüsusiyyətlərini yoxlamağa, sensor ekran və lazımsız zəng yönləndirməsini söndürməyə imkan verən faydalı kodlar.

Musavat.com xəbər verir ki, bir çox smartfon istifadəçisi gündəlik olaraq "MMI" kodlarından istifadə edir. Ancaq iki və ya üç tanış koddan əlavə, daha faydalı başqa kodlarda var. Bunlar hansılardır?

1) "*#06#" Smartfonun unikal IMEI nömrəsi haqqında məlumatları göstərir.

2) "*#0*#" Ekran yoxlanılır, ölü piksellər göstərilir.

3) "*#2222#" Android proqram təminatının versiyasını göstərir.

4) "*#1234#" Proqram təminatının versiyasını, modemi və bölgəni göstərəcək.

5) "*#0228#" Bu menyu batareyanın vəziyyəti haqqında məlumatı göstərir. Siz həmçinin "Quick Start" düyməsini sıxaraq baxa bilərsiniz.

Ətraflı
6) "*#21#" Zəng yönləndirmənin aktiv olub olmadığını və hansı nömrəyə olduğunu göstərir. 

7) "##002#" Bütün zənglərin yönləndirilməsini deaktiv etməyə imkan verir.

8) "*#0808#" USB parametrlərini konfiqurasiya edə bilərsiniz. Nə demək istədiklərini bilmirsinizsə, onlara toxunmayın.

9) "*#9900#" Sistemin təmizlənmə rejimi. Siz sistem resurslarının zibillərini, eləcə də problemləri tapa biləcəyiniz iş qeydlərini əldə edə bilərsiniz.

10) "*#2663#" Sensor ekran proqramı haqqında məlumatı göstərir. Siz həmçinin Wi-Fi versiyasını yoxlaya bilərsiniz.

Bəzi smartfonlar üçün bu əmrlər işləməyə bilər. Bu, yalnız əməliyyat sisteminin versiyasından deyil, həm də cihazın özündən asılıdır.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR