İnsanlara hürriyət, millətlərə istiqlal!

GENERAL YAŞAR ƏLİYEV MÜXALİFƏT LİDERLƏRİNƏ ƏCAİB MƏKTUB GÖNDƏRDİ

8353 01.10.2010 09:05 Siyasət A A

Tofiq Yaqublu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onları BŞBPİ-nin rəis müavini, general Yaşar Əliyev qəbul edib: “Yaşar Əliyev bizə Rusiyanın ”İzvestiya" qəzeti və izvestiya.ru saytından götürülərək Azərbaycan dilinə tərcümə edilmiş icmal-məqalə təqdim etdi. Məqalədə müxtəlif inkişaf etmiş ölkələrdə-Almaniya, Yaponiya, Litva, İsveç, İsveçrə, Belçika və digərlərində sərbəst toplaşmaq haqqında qanunvericiliklə bağlı məlumatlar əksini tapır. Yaşar Əliyev bu məqalə ilə bizə sübut etmək istəyirdi ki, həmin dövlətlərdə sərbəst toplaşmaq haqqında qanunvericilik daha bərbad vəziyyətdədir, nəinki Azərbaycanda. Daha sonra Yaşar Əliyev bizə dedi ki, bu məqaləni aldığınıza dair kağıza imza atın. Biz də onu imzaladıq. Sonradan gördük ki, bu, hüquqi sənəd deyil. Arif Hacılı generala belə bir qeyri-ciddi məsələyə görə bizi BŞBPİ-yə dəvət edib vaxtımızı aldığına görə etiraz elədi. Həmçinin generala bildirdi ki, bu hərəkəti ilə o, açıq-aşkar siyasətlə məşğul olmuş olur".
Bundan başqa, Yaşar Əliyev öz adından Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin adına olan iki məktubu da partiya funksionerlərinə verib. Məktubların hər birinə “İzvestiya” qəzeti və izvestiya.ru saytındakı məqalə-icmal da qovluqda əlavə olunub.
T.Yaqublunun dediyinə görə, Yaşar Əliyevin hərəkətindən sadəcə heyrətə gəliblər: “Bu ölkədə ən əndirəbadi, absurd proseslərə, hərəkətlərə rast gəlmişdik. Ancaq belə bir absurda rast gəlməmişdik. Təsəvvür edin ki, polis general mayoru bizə təsdiqlətmək istəyir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı Almaniya, Fransa, İsveç, İsveçrə, Yaponiya, Belçika kimi ölkələrdən daha yaxşı təmin olunur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR