İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirvanda ocaq qalayan kişi özünü yandırıb

503 14.06.2024 00:51 Hadisə A A

Şirvan sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Neftçi küçəsi 17-də qeydə alınıb.

Həmin ünvanda yaşayan, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə qaladığı ocağa benzin tökərkən anidən alov onu tutub.

Yanıq xəsarətləri alan C.Gözəlov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, vəziyyəti nəzərə alınaraq Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR