İnsanlara hürriyət, millətlərə istiqlal!

Sırski Rusiya ordusunun Xarkova mümkün hücumundan DANIŞDI: onlar üçün ölümcül...

1824 29.03.2024 16:27 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski xarici mətbuata müsahibə verib.

Musavat.com "Radio Svoboda"ya istinadən həmin müsahibədən bəzi hissələri təqdim edir.

"Biz təkcə müdafiədə dayanmamışıq, hər gün müxtəlif istiqamətlərdə irəliləyirik. Bundan əlavə, geri qaytardığımız mövqelərin sayı itirilmiş mövqelərin sayından çoxdur. Düşmən ciddi irəliləyiş əldə edə bilməyib. Vəziyyətə nəzarət edirik", - deyə Sırski qeyd edib.

Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən istefa verməsinin səbəbinin nə olduğunu soruşduqda Sırski birbaşa cavab verməyib.

"Hərbçilərin bir vəzifəsi var - biz əmrləri müzakirə etmirik, yerinə yetiririk", - deyə Ukraynalı general bu cavabla kifayətlənib.

Sırski prezident Vladimir Zelenskinin daha əvvəl Ukrayna Müdafiə Qüvvələrinə 450-500 min nəfərin səfərbər edilməsinin vacibliyi ilə bağlı səsləndirdiyi bəyanatı da şərh edib. Onun sözlərinə görə, daxili imkanlara yenidən baxıldıqdan və Silahlı Qüvvələrin döyüş qabiliyyətinin dəqiqləşdirilməsindən sonra bu rəqəm xeyli azalıb.

Ukraynalı general Rusiya ordusunun Xarkova mümkün hücumu haqqında danışıb.

"Bizim artıq Xarkov vilayətində hərbi əməliyyatlar təcrübəmiz var, biz düşmənin hücumunu dəf edə və Xarkov vilayətinin əhəmiyyətli hissəsini azad edə bildik. Əgər ruslar yenə gəlsələr, Xarkov onlar üçün ölümcül şəhərə çevriləcək", - deyə Aleksandr Sırski qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR