İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinan Akçıldan Hadiseyə xəyanət etməsi ilə bağlı ETİRAF

830 20.06.2024 08:00 Şou-biznes A A

Məşhur türkiyəli müğənni Sinan Akçıl qonaq olduğu verilişlərin birində yaşadığı sevgi münasibətlərindən danışıb.

Akçıl keçmiş sevgilisi Hadise ilə bağlı da səmimi etiraflar edib.

O, Hadise ilə münasibəti haqda bunları deyib:

"Kifayət qədər ciddi bir sevgi münasibətimiz oldu. Biz başlayanda onun 23, mənim 26 yaşım var idi. İlk "Qızıl kəpənək" mükafatımı almışdım. Santoriniyə getmişdik. Orada sevincimizdən əl-ələ tutub hovuza tullandıq. Onunla çox gözəl anlar yaşadıq".

O, Hadisenin ailəsi ilə problemlər yaşadığını da əlavə edib:

"Bacısı məni istəmirdi. "Avroviziya"da yaşıllıq sahə var idi, Hülya Açıkgöz məni oraya buraxmadı. Ona görə əsəbiləşdim, çıxıb getdim və bir restoranda yarışı izlədim. Mahnının sözləri və musiqisi mənimdir. Bir ailə ilə mübarizə apara bilməzsən".

O, Hadise ilə birlikdə olduğu zaman Hande Yenerlə eşq yaşadığını etiraf edib.

"Hande Yenerlə üç albom hazırladıq. Yorğun bir dövrün (Hadise ilə münasibətin) keçidində Hande ilə belə bir münasibət başladı. Hande tanıdığım ən mərd qadındır. Bircə dəfə belə arxamdan nəsə deməyib", - deyə Sinan Akçıl qeyd edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR