İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya casus peyki ABŞ hərbi bazalarının şəkillərini ÇƏKDİ

961 25.11.2023 14:56 Dünya A A

Şimali Koreya lideri Kim Çen In kəşfiyyat peyki tərəfindən çəkilmiş Cənubi Koreyanın Pusan ​​şəhərindəki Amerika “Carl Vinson” aviadaşıyıcısını və Havaydakı hərbi bazaları əks etdirən şəkilləri nəzərdən keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, Şimali Koreya lideri şənbə günü yenidən kosmik mərkəzi ziyarət edib. Ona mühüm hərbi hədəflər, o cümlədən Cənubi Koreyanın Kannıne, Pusan, Pxoxan, Tequ və Ulsan ərazisindəki fotoşəkillər göstərilib. Bu fotoşəkillər noyabrın 25-də yerli vaxtla 09:59-10:02 arasında çəkilib.

"Kəşfiyyat peyki tərəfindən saat 10:01:10-da çəkilmiş fotoşəkildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Pusan dəniz limanındakı “Carl Vinson” aviadaşıyıcısı əks olunub", - deyə agentlik bildirib.

Peyk həmçinin Havay adaları üzərindən uçub, burada Pearl Harbor və Hikam hərbi dəniz bazasının fotoşəkillərini çəkib. Bu görüntülər isə yerli vaxtla saat 05:13-də çəkilib.

Xatırladaq ki, KXDR noyabrın 21-də Malligyong-1 peykini uğurla orbitə çıxarıb. Bundan əvvəl Pxenyan avqust və may aylarında iki uğursuz cəhd edib. Amerikanın “Carl Vinson” təyyarədaşıyan gəmisi isə noyabrın 21-də Pusana gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR