İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeydayev məhsuldar ötürmə etdi, komandası coşdu

1296 10.12.2023 14:26 İdman A A

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti matçını keçirib.

Sözügedən komanda 13-cü tur çərçivəsində evdə “Naqom Patom”u qəbul edib.

Şeydayevin komandası 4:1 hesablı qələbəyə sevinib. Start “11-lik”də yer alan azərbaycanlı forvard 90+2-ci dəqiqədə əvəzlənib. Ramil qollardan birində məhsuldar ötürmə ilə iştirak edib.

Hazırda 21 xalı olan “Buriram Yunayted” 3-cü pillədə mövqe tutub. (Fanat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR