İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı gözəlinin yalanı üzə çıxdı - FOTO

1095 14.04.2024 01:40 Dünya A A

Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani Malayziyadakı yarışmadan sonra Kainat gözəli olmaq üçün yarışacağını açıqlayıb.

Daha sonra məşhur modelin dediklərinin həqiqətə uyğun olmadığı məlum olub.

Belə ki, Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani bu il ilk dəfə "Miss & Mrs Global Asia" gözəllik yarışmasında ölkəsini təmsil edib.

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə gözəllik yarışmasına qatılan Əl-Qahtani sosial şəbəkədəki paylaşımında “Malayziyada keçirilən “Miss Asia International 2024” müsabiqəsində iştirak etməkdən şərəf duyuram” sözlərini yazıb.

Müsabiqədə yer ala bilməyən model daha sonra sentyabrın 28-də Meksikada keçiriləcək "Kainat gözəli"nə qatılacağını "Kainat gözəli 2024 yarışmasında iştirak etməkdən şərəf duyuram. Bu Səudiyyə Ərəbistanının ilk dəfə Kainat Gözəli Müsabiqəsində iştirak edəcəyi deməkdir”, - sözləri ilə açıqlamışdı.
Lakin bu açıqlamadan qısa müddət sonra Miss Universe rəhbərliyi model Rumi Əl-Qahtaninin iddiasının doğru olmadığını bildirib.

“CNN International”da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanında müsabiqədə iştirak üçün heç bir seçim proses aparılmayəb və bu kimi iddialar çaşdırıcı xarakterlidir.

"Miss Rumy əl-Qahtani-nin niyə namizədliyini elan etdiyini bilmirik, lakin o, Səudiyyə Ərəbistanı müsabiqəsində iştirak etmək istəsə, bütün digər namizədlərlə eyni seçim prosesindən keçməli olacaq", - Miss Universe sözçüsü deyib./BAKU.WS 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR