İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyan Seyran Ohanyanın cinayət işi üzrə dindirilib

642 08.02.2023 13:52 Region A A

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan keçmiş müdafiə naziri, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyanın işi üzrə dindirilib.

Musavat. com erməni mediasına istinadən xəbər verir ki, bu barədə fevralın 8-də Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə danışıb.

Xatırladaq ki, Ermənistan parlamentində Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün baş prokurordan üç vəsatət daxil olub.

Həmin vəsatətlərdə sabiq müdafiə nazirinin vəzifə səlahiyyətlərindən istifadə edərək, xüsusilə külli miqdarda əmlak oğurladığı habelə digər şəxsi və qrup mənafelərini əsas tutaraq, vəzifə mövqeyindən istifadə etdiyi, ağır nəticələrə səbəb olan səhlənkarlığa yol verdiyi qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR