İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların özünüifşa kimi tamaşası: “alman xəstə”, Xankəndidəki “donor” və...

1944 11.01.2023 18:39 Yazarlar A A

Orqan mafiyasının qurbanı olan azərbaycanlılar  

Azərbaycan Prezidentinin Laçın-Xankəndi yolunda keçirilən aksiyaya dəstək verməsi, milli maraqlarımız uğrunda gecəli-gündüzlü ayaqda mücadilə verən oğul-qızlara salam yollayıb, onlarla fəxr etdiyini söyləməsindən sonra ermənilərin başına sanki qaynar su tökülüb. Hər açıqlama və xəbərlərindən “vay yandım, vay öldüm” sədası hiss olunmaqdadır, daha bilmirlər hansı yeni bəhanə uydursunlar, dünyanın diqqətini özlərinə cəlb eləsinlər.  

b13c9d13-d599-3df2-ad26-c5a52913cb24_850.jpg (118 KB) 

Bu mövzuda yazıya erməni separatçılarının “Azərbaycan Ermənistandan artsaxı qidalandıran yeganə yüksək gərginlikli xətdə qəza baş verən ərazidə yenidənqurma işlərinə icazə vermir” - iddiası ilə başlamaq istəyirdim. İddialara görə, yanvarın 9-da saat 14:35-də Ermənistandan Qarabağ ermənilərini təmin edən yeganə yüksək gərginlikli 110 kV-luq Gorus-Xankəndi xəttinin 33-cü km-liyində, ötən ilin avqustunda Azərbaycanın nəzarətinə keçən ərazilərdə, Zabux-Laçın hissəsində qəza baş verib. Bundan sonra sülhməramlıların müvəqqəti təsir zonasında “elektrik enerjisinin verilişində fasilələr yaranıb”, daha nələr...

Bu yerdə zəruri xatırlatma edək: keçən ilin sonlarında Qarabağ separatçıları Xankəndinin qazsız qaldığı barədə hay-küy qaldırmışdılar. Hətta Amerikaya qədər xəbər yayıldı, o boyda dövlətin rəsmiləri Azərbaycanı “humanitar fəlakət” yaratmaqda ittiham etməyə cəhd göstərdilər. Sonra məlum oldu ki, Ruben Vardanyanın hoqqası imiş, bir-iki günlük şoudan sonra “qaz kəmərindəki qəza aradan qaldırıldı”. O filmdə necə deyirdi: “Uşaqda fərasətə bax, hamını aldadıb”. Hətta ABŞ kimi kəşfiyyatçının gözündən heç nə yayınmayan ölkəni də...

756379042989473.jpg (773 KB)

Amma heç bir ciddi ölkə ortaya sual qoymadı ki, niyə ərazi bütövlüyünü tanıdığımız bir ölkəyə başqa ölkədən – Ermənistandan qaz kəməri çəkilməli idi və o kəmərdə qəza vəziyyəti yarananda “qara məni basınca, mən qaranı basım” prinsipi ilə davranılmalı, Azərbaycan ittiham olunmalıdır? Niyə? Torpağı işğal olunan, sərvətləri yağmalanan, ərazisinə qanunsuz olaraq qaz kəməri çəkilən də Azərbaycan, “günahkar” elan olunan da? Hansı ölkə öz ərazisinə qanunsuz qaz kəməri çəkilməsinə razı olar? Bəs, beynəlxalq müqavilələr, hüquq, daha nələr-nələr?.. Amma kimə deyirsən? Bu sualları elə özümüz deyib, özümüz eşidirik, cavabını da özümüzə söyləyirik.   

Qeyd etdiyim kimi, erməni saxtakarların qaz yalanının ardınca, işıq şousundan yazmaq istəyirdim. Vardanyan-Arutyunyan rejimi girovluqda saxlayıb “qazladıqları” erməni əhalini indi də qaranlıqda saxlayıb, yalanlarına inandırmağa çalışır. İnformasiya blokadasında saxlamağın bir növü də erməniləri qaranlıqda saxlamaqdır. Azərbaycan Prezidenti Qarabağ ermənilərinə xilas yolunu göstərdi, ya Azərbaycan vətəndaşlığını qəbul edirlər, normal həyatı seçirlər, ya da... Laçın yolu açıqdır, avtobusla da gedə bilərlər, yük maşını ilə də...

94113c11-f3f5-37e3-b421-1667d533bb50_850.jpg (63 KB)

Təsəvvür edin ki, Vardanyan klanı erməniləri məhz bu həqiqətləri, Bakıdan verilən mesajları eşitməmək, dinləməmək, seçim üçün düşünməsinə imkan yaratmamaq üçün işıqsız qoyur. Adını da qoyurlar ki, elektrik xəttində qəza olub, Azərbaycan da təmirə imkan vermir. Yoxsa niyə iki gün əvvəl baş vermiş qəzanın “səsi” indi çıxır? Ruben Vardanyan fəlakətə sürüklədiyi ermənilərdə Azərbaycana qarşı qəzəb və nifrəti artırmaq, birgəyaşayışa imkan verməmək üçün müxtəlif metodlara əl atır. Bilir ki, ermənilər günün birində kütləvi şəkildə Toros Kazaryan kimi Azərbaycan hərbçilərinə, polislərinə pənah aparacaqlar və ondan sonra Vardanyanı elə erməni əhali iti qovan kimi qovacaq, ya da onun Xankəndidə qalmasına heç bir zərurət olmayacaq. Çünki “ağa”sı onu konkret təlimatla göndərib Qarabağa...

İndi keçid edək erməni separatçı və avantüristlərinin ağlasığmaz iddiasına. Yəni məsələ “qaz qəzası”nda bitmədiyi kimi, “ışıq şousu”nda da bitmədi. Erməni mediası növbəti “tamaşa”nın ssenarisini tirajlayıb, nəql edək, dəyərli oxucularımız da  hali olsun.

Demək ermənilər iddia edirlər ki, sümük transplantasiyasına ehtiyacı olan alman xəstə Artsan “Azərbaycanın Qarabağı blokadada saxlaması” səbəbindən (həyasızlığa diqqət!) uyğun donordan sümük iliyi almaq imkanını itirə bilər. Tamaşada rol alan bir alman da tapıblar, təsəvvür edin! İddia olunur ki, yanvarın 10-da Dünya Bankının Sümük İli Donorlarının Alman Reyestrində “artsax”dan olan uyğun donor tapılıb. “Qəbul edilmiş prosedura görə, transplantasiyadan əvvəl Ermənistan reyestri donorun qan uyğunluğunun yekunlaşdırılması üçün alman həmkarlarına göndərilməlidir. Artsaxı Ermənistanla birləşdirən yeganə yolun - Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması səbəbindən bu humanitar missiya qeyri-mümkün oldu. Artsaxdakı könüllü donorumuz Almaniyada ağır xəstəni xilas etmək üçün qan nümunələrini, sonra isə kök hüceyrələri təqdim etməyə hazır olduğunu bildirdi”. ABMDR-in icraçı direktoru, doktor Sevak Avaqyan isə “tamaşa”nın bu hissəsində belə deyib: “Problem ondadır ki, Azərbaycan tərəfindən 5 həftəlik blokadaya görə, artsaxın donoru bizim üçün fiziki cəhətdən əlçatmazdır. Hazırda ondan qan nümunələri götürə bilmirik və bundan sonra o, ondan kök hüceyrə götürmək üçün İrəvana gələ bilməyəcək”. Abırsızlığın ağlasığmaz nümunəsidir! Amma iddiaları bitmir. Sitat: “Bu, həqiqətən faciəvi vəziyyətdir və bir daha sübut edir ki, Azərbaycanın blokadası kök hüceyrə transplantasiyası kimi beynəlxalq humanitar proqramlara mane olur, ABMDR sədri Dr. Frieda Jordan bildirib ki, biz bu xəstələri xilas etmək üçün burada əlimizdən gələni edirik, lakin bu gün biz haqsız olaraq məhrum olmuşuq öz humanitar missiyamızı yerinə yetirmək imkanından. Xəstənin həyat uğrunda mübarizə apardığı, transplantasiya gözlədiyi və hər dəqiqənin önəmli olduğu bir şəraitdə vəziyyəti çox qiymətləndirmək mümkün deyil”. “Tamaşa”nın Jordanı da varmış yəni... Doktor Jordan əlavə edib ki, Erməni Sümük İliyi Donor Reyestri Beynəlxalq Qırmızı Xaça artsaxdan olan donordan qan qəbul komissiyasına kömək üçün müraciət edib. Yəni artıq çox geniş spektri əhatə edən ssenari hazırlanıb, ayrı-ayrı qurumları da qoşublar. Amma nədənsə ağıllarına gəlmir ki, Qırmızı Xaçın təkcə son günlərdə 18 “xəstə”ni Laçın yolundan, aksiyaçıların qarşısından rahat şəkildə İrəvana tərəf aparması faktının məhz erməni mediasında işıqlandırılmasını xatırlatsın, desin axı, necə ola bilər o qədər xəstənin aparılmasına problem olmadığı halda, “sümük iliyi” donorunun yolu keçilməzə çevrilib? Soruşmazlar, deməzlər, çünki məqsəd başqadır: iftira yaxmaq!  

5ca4df4f-700b-34b6-91ba-11b9a01c7b3e_850.jpg (131 KB)

Bu yerdə ermənilərin tirajladığı xəbərin sonluğunda diqqətçəkən məlumatlar var. Bildirilir ki, Erməni Sümük İliyi Donor Reyestri 1999-cu ildə yaradılmış qeyri-kommersiya təşkilatıdır. ABMDR sümük iliyi kök hüceyrə transplantasiyasına ehtiyacı olanlar üçün donorları uyğunlaşdırmaqla, dünya üzrə ermənilərə və qeyri-ermənilərə həyati təhlükəsi olan qanla əlaqəli xəstəliklərdən sağ çıxmağa kömək edir. Bu günə qədər reyestr dörd qitənin 44 ölkəsində 33500-dən çox donoru cəlb edib, 9000-dən çox xəstəni müəyyən edib və 39 sümük iliyi transplantasiyasına şərait yaradıb.

Maraqlıdır, ermənilər bu qədər donoru hardan tapıblar ki, beynəlxalq miqyasda populyarlaşıblar? Deməli... Bu məqamda Birinci Qarabağ müharibəsinin əsir, itkin və girov azərbaycanlıları – 4 minədək həmvətənimiz yada düşür.  

Rəsmi məlumata istinad edək: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.01.2022-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı adamdır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 yaşlı adamın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyə kimi məlumat vermir. Hardadır bu insanlar?

ermeni-girov.jpg (35 KB)

Milli Məclisin deputatı Siyavuş Novruzov bir ay öncə demişdi ki, Birinci Qarabağ müharibəsində 4 mindən çox azərbaycanlı itkin düşüb. “Tam əminəm ki, bu insanların bir qismi erməni quldurları tərəfindən insan orqanları mafiyasının qurbanına çevriliblər”.

Müvafiq dövlət qurumunun rəsmisinin dedikləri isə daha detallıdır. Xatırladaq: “Şahidlər təsdiq edir ki, 26 fevral 1992-ci il tarixində Azərbaycan Respublikasının Xocalı şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı girov götürülərək Dəhraz kəndindəki tövlədə saxlanılan 150-200 nəfər mülki insanın arasından 13 nəfər yeniyetmə və gənc oğlan valideynlərindən sözün tam mənasında zorla qoparılaraq “UAZ” markalı maşınlarda naməlum istiqamətə aparılıb. Hadisə şahidləri 13 gənci aparan Ermənistan hərbçilərinə Əsgəran rayonu, Çanaqçı kəndinin sakini olmuş Samvel adlı erməni zabitin rəhbərlik etdiyini bildirirlər. Hadisədən 30 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi yumşaq desək, valideynlərinin bağrından çəkib apardığı 13 yeniyetmə gəncin sonrakı taleyi barədə məlumat vermir və faktı inkar edir. 13 gəncdən dörd nəfəri bir ailənin üzvü olub. Misalları artırmaq olar. Ancaq girov götürülmüş fiziki cəhətdən sağlam olan Azərbaycan gənclərinin seçilərək naməlum istiqamətə aparılması ilə bağlı bu iki fakt ciddi şübhələrin yaranmasına əsas verir. Böyük ehtimalla demək olar ki, qarşı tərəf bu gəncləri onların orqanlarından donor kimi istifadə etmək və ya çıxarılaraq satılması üçün aparıb. Məlumatlara görə, həmin şəxslər işğal olunmuş Qarabağdan Ermənistana aparılıblar. Sonradan beynəlxalq mətbuatda da bu barədə yazılar, faktlar dərc edilib. Həmin dövrdə ermənilərin insan orqanı alveri ilə məşğul olması barədə çoxsaylı faktlar beynəlxalq mətbuatda işıqlandırılmışdı”.

5087edfb-9cab-3ff1-bab5-d2f233bc0e12_850.jpg (121 KB)

Belə dəhşətli faktlar və indi ermənilər özləri etiraf edirlər ki, onların beynəlxalq miqyasda orqan mafiyası ilə bazarlığı var imiş. Yeri gəlmişkən, Ermənistan hökumətinin iclasında çıxış edən baş nazirin birinci müavini Ararat Mirzoyan vaxtilə bildirmişdi ki, son vaxtlar bu ölkədə “orqan mafiyası”nın fəallaşması ilə bağlı faktlar artmaqdadır. Onun sözlərinə görə, bu cinayətkar qrupun qurbanları övladlığa götürülən kimsəsiz uşaqlar olur. O deyib ki, mafiya üzvləri övladlığa götürmə adı ilə azyaşlıların orqanlarını satışa çıxarırlar. “Bir çox hallarda uşaqların övladlığa götürülməsinin səbəbi məhz bununla bağlıdır” deyən baş nazirin birinci müavininə Paşinyanın cavabı belə olmuşdu: “Sizin sözlərinizdən sonra mənim qan təzyiqim qalxdı”.

İndi bilmirəm Paşinyanın donor söhbətindən sonra təzyiqi qalxıbmı, ya yox? Amma görünən budur ki, ermənilər Ağdərədəki mədənlərin istismarını davam etdirə bilmədikləri halda, orqan alverinə girişiblər. Maraqlıdır, donor kimdir, bəlkə elə mədənlərdə qul kimi işlədilən hansısa azərbaycanlı?.. “Blokada” ssenarisinə Almaniyanın da adının əlavə edilməsinə gəldikdə, o gün erməni rəsmilər “bizə ancaq Fransa dəstək verir, hətta Almaniya da bizi müdafiə etmir” - deyə, şikayətlənmişdi. Alman xəstənin söhbətini ortaya atıb yəqin ki, dəstək qazanmaq istəyirlər.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR