İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı Babayan: Biz heç vaxt Bakı ilə danışıqların əleyhinə olmamışıq

1218 04.08.2023 21:10 Qarabağ xəbərləri A A

Biz heç vaxt Bakı ilə danışıqların, dialoqun əleyhinə olmamışıq, lakin bunlar danışıq və ya dialoq naminə aparılmamalıdır, hansısa tərəqqini təmin etməlidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdə olan qondarma və oyuncaq “DQR” “prezidentinin” müşaviri David Babayan bildirib.

“Əgər problem humanitar sahədədirsə, deməli, burada hər hansı məsələ ola bilməz, çünki 2020-ci ildən Azərbaycan tərəfi ilə vaxtaşırı bununla bağlı müzakirələr aparılır. Amma indi Azərbaycan bizə başqa mövzu, başqa format təlqin etdirməyə çalışır. Bəzən dialoq aparmaqdansa, dialoq aparmamaq daha yaxşıdır, çünki bu, sonradan daha çətin vəziyyətə gətirib çıxara bilər.

Biz bərabər səviyyədə danışmağa çağırırıq, lakin Qarabağdakı (qondarma qurumu nəzərdə tutur-red.) çətin vəziyyəti nəzərə alsaq, bu, real görünmür. Biz Ermənistanda cəmiyyətin Qarabağ ermənilərinə göstərməli olduğu qayğını görmürük. Bu isə Ermənistan üçün böyük faciəyə gətirib çıxaracaq. Azərbaycan artıq indidən azərbaycanlıların Ermənistana qayıtmasından danışır”, - deyə, Babayan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR