İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-ın keçmiş komandanından ŞOK AÇIQLAQMA: "Xameneyiyə qarşı çıxanlar arasında rəsmilər də var"

952 01.01.2023 22:30 Siyasət A A

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki rəsmisi ötən həftə ölkədə hökumət əleyhinə etirazların davam etdiyi bir vaxtda məmurlarla İran rəhbərliyi arasında fikir ayrılığının olduğunu bildirib.

Musavat.com “Jerusalem Post”a isrinadən xəbər verir ki, İmam Hüseyn Təlim və Zabitlər Kollecinin keçmiş komandir müavini vəzifəsində çalışmış, İran İnqilabı Keşikçiləri (SEPAH) Korpusunun rəsmisi Həmid Abazari bildirib ki, davam edən etirazlar zamanı yüksək rütbəli komandirlər və məmurlar “dəyərlərə, (Ali lider Əli Xameneyi) və rejimin müdafiəsində uğursuz olublar”.

Abazari bildirib ki, bir çox məmurlar ölkədə hələ də davam edən etiraza qarşı ciddi etiraz etməyiblər.

Keçmiş komandir müavini bundan başqa qeyd edib ki, Xameneyiyə qarşı çıxanlar arasında rejimin birinci dərəcəli rəsmiləri də var.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsi şənbə günü Abazari-nin açıqlamalarını rədd edərək, bunun Abazari-nin şəxsi fikri olduğunu və “mövcud faktlara uyğun olmadığını” vurğulayıb.

Bundan əlavə, etirazlara və iğtişaşlara qarşı mübarizə aparan bölməyə cavabdeh olan İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Qulamhüseyn Qeybpərvar “bəzi elitaları” etirazlara səssiz qaldıqlarına görə tənqid edib.

Toğrul İSMAYIL,
Musavat.com

https://www.jpost.com/middle-east/iran-news/article-726332

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR