İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənaye şirkətləri bizneslərini Almaniyadan köçürməyə hazırlaşırlar- Şok xəbərdarlıq

879 28.11.2023 00:28 Dünya A A

Almaniya yüksək istehsal xərclərinə görə sənayesizləşmə təhlükəsi ilə üzləşir.

“Financial Times”a danışan “Salzgitter” polad şirkətinin baş direktoru Qunnar Qrobler bildirib ki, Avropanın ən böyük iqtisadiyyatında sənaye yüksək enerji qiymətləri səbəbindən az qala yaşam mübarizəsi aparır. Polad və kimya şirkətləri bizneslərini ölkədən kənara çıxarsa, Almaniya “bütün istehsal zəncirindən” məhrum olacaq.

2023-cü ilin avqustunda sənaye şirkətlərinin 32 faizi Almaniya Ticarət və Sənaye Palatasına (DIHK) bildirib ki, onlar xaricə sərmayə qoymağı daxili investisiyalardan üstün tuturlar. Bu, keçən illə müqayisədə iki dəfə çoxdur. Palatanın yaydığı məlumata görə, buna səbəb ucuz rus qazı olmayan gələcəklə bağlı narahatlıq olub. Məsələni həm də hökumətin yaşıl enerji ilə bağlı layihələri və dəmir yolu infrastrukturuna investisiyaları təhlükə altına alan İqlim və Transformasiya Fondundan ödənişləri dondurması çətinləşdirir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR