İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Komitəsinin sədrindən açıqlama: "Orqan və toxuma transplantasiyası..."

680 28.09.2023 12:01 Səhiyyə A A

"Orqan və toxuma transplantasiyası ilə bağlı məhdudiyyətlər var".

Musavat.com xəbər verir ki, bu fikirləri milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin media nümayəndələri üçün "Xidmətlər Zərfinin" təqdimatına dair tədbirində çıxış edərkən deyib.

Millət vəkili bildirib ki, icbari tibbi sığorta ilə bağlı məmnunluq hər gün artır: "Bu sahədə görüləcək işlər çoxdur. Xüsusilə orqan və toxuma transplantasiyasının "Xidmətlər zərfi"nə daxil edilməsi önəmlidir. Bu sahədə ön sırada İspaniya dayanır".

O bildirib ki, Milli Məclisdə bununla bağlı qanun qəbul edilib: "Orqan və toxuma transplantasiyası ilə bağlı məhdudiyyətlər var. Həm əməliyyat baha başa gəlir, həm də tibb müəssisələrində lazımi imkanlar yoxdur. Əməliyyatın dəyəri 150 -200 milyon dollardır. Maliyyə imkanları artır. Builki büdcədə vəsait artırılacaq. Bundan əlavə, xəstəxanalarda növbələr var. Hətta xəstə öz hesabına əməliyyat olunmaq istəsə, növbədə dayanmağa məcburdur".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR