İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı - biletim.az portalının təqdimatı keçirildi

884 09.12.2022 10:55 Texnologiya A A

Bu gün şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalın yaradılması ilə bağlı brifinq keçirilib. 

Musavat.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov keçirilən brifinqdə  məlumat verib. O, qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində nəqliyyat sisteminin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsilə bağlı tədbirləri davam etdirir: "AYNA-nın  göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı istifadəyə verilir. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir. Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək".

AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev deyib ki, sistemin “Biletim” mobil tətbiqi də istifadəyə verilir. Mobil cihazlar üçün tətbiqi “App Store” və “Google Play”dan yükləmək mümkündür.
Biletlər 10 gün əvvəldən satışa çıxarılacaq. Sərnişinlər bilet əldə etmək üçün biletim.az saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. QR-kod əsaslı bilet kağız və ya elektron formatda səyahət öncəsi təsdiq üçün sürücüyə və ya perron nəzarətçisinə təqdim olunmalıdır.

Vətəndaşlar 15 dekabr tarixindən etibarən “biletim.az” portalı üzərindən onlayn biletləri əladə edə bilərlər".

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR