İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyin ala bayrağı – LGBT-nin təbiətə zidd olmasını göstərən eksperiment

2522 21.05.2023 09:45 Yazarlar A A

Oxucumuz Elman Bahaduroff (elektron adresinin adı belədir) bizə yazıb: “Hər şeydən yazırsız. Bəs niyə Britaniyanın Bakıdakı səfirliyində asılan LGBT bayragına dair HEÇ nə yazmırsız? Bizdən fərqli olaraq, Rusiya coxdandır anti-LGBT qanunu gəbul edib. Budur sizin səviyyəniz? Bir söz belə demədiniz”.

Birincisi, Bahaduroff yanılır, görünür, saytımızı yaxşı oxumur, o mövzuda yazmışıq, linki də, bax, budur, buradadır: https://musavat.com/news/lgbt-bayragini-qaldiran-abs-ve-boyuk-britaniya-sefirliyine-sert-reaksiya-azerbaycan-mutleq-bu-meseleye-direnis-gostermelidir_978174.html.

Hətta bu mövzuya yaralı deputat Fazil Mustafa da toxunub, bu dəfə LGBT-çilərin sui-qəsdindən qorxmayaraq açıqlama verib, yazmışıq, onun da linki buradadır: https://musavat.com/news/fazil-musatafadan-lgbt-bayraginin-asilmagina-munasibet-huquqi-zemin-yoxdursa_978161.html.

Yəni oxucu bir balaca bizi şərləyir, ya qəzetimizi ingilis dilomatlarla dalaşdırmaq istəyir, ya da cinsi azlıqlarla.

İkincisi, bu barədə yazıb-yazmamağın səviyyəyə dəxli yoxdur. Çox yüksək səviyyəli biri, məsələn, dünyanın ən məşhur jurnalisti Seymur Herş LGBT məsələsindən yazmır. Hələ orası da var ki, ümumiyyətlə, Avropada bu mövzuda artıq-əskik şeylər yazanları səviyyəsiz hesab edirlər.

Bir sözlə, bu, mübahisəli məsələdir və səviyyə üçün meyar ola bilməz.

Rusiyanın anti-LGBT qanunu qəbul etməsi isə öz işləridir. Görünür, belə məsləhət olub, təhlükə hiss ediblər, qanun hazırlayıblar. Hələ 20 il əvvəl bir rus satiriki “Vokruq smexa” jurnalinda yazmışdı ki, bizim qəsəbədə seksual azlıqlar çoxluq təşkil edirlər.

Bəlkə bizdə də belə bir qanunun qəbul edilməsi vacibdir – xüsusilə də seksual azlıq nümayəndələrinin sırf fahişəliklə məşğul olmasını yasaqlayan, yaxud tənzimləyən qanun. Ta bunu qanunvericilər bilər, onları cəmiyyət üçün ziyanverici hesab edirlərsə, qoy müvafiq qanun qəbul etsinlər. Biz “ziyanvericilərlə” qanunvericilərin işinə qarışmayaq.

Amma Böyük Britaniya səfirliyində LGBT bayrağının asılması açıq-aşkar bizə acıq verməkdir. Yəni, baxın, siz, geridə qalmış insanlar, homofobsunuz, biz sizə etiraz edirik, lap belə üstümüzə cinsi azlıq yarlığı götürürük, ona görə də bu bayrağı buradan asırıq, alın a, yana-yana qalın a.

Ta nə etmək olar? Durub bu alabəzək, yağışdan sonra yaranan göy qurşağını andıran bayrağa görə o boyda ölkənin səfirlyinin işçilərin “persona non qrata” elan edəsi deyilik ki, bu, Bahaduroffun və İranın axundlarının xoşuna gəlsin.

Həm də bayrağın səfirlik binasından asılmasının elə bir ictimai-siyasi əhəmiyyəti, reklam-piar səciyyəsi yoxdur. Camaat yolunu dəyişib Britaniya səfirliyinin binası olan küçədən keçmir ki, gözü bayraq görsün, könlü açılsın. Sabah da Fransa səfirliyi öz binasını maviyə, Hollandiya elçiliyi çəhrayı rəngə boyaya bilər. Onda biz o binaların önündə təkər yandırıb binanı hisə verməliyik? Absurd olar.

Amma açığı-qırmızısı budur ki, LGBT tendensiyası təbiətə, faunanın fitrətinə ziddir, sapıntıdır.

Bu günlərdə bir oxumuş adam bu xüsusda belə bir eksperiment keçirməyi təklif edib. O deyir ki, sınaq üçün 100 qadın və 10 kişi götürün, aparın okeanın ortasında uzaq bir adada məskunlaşdırın, yemək-içməkləri, hər şeyləri olsun, amma adadan çıxa bilməsinlər Uzun müddətdən sonra gedb görəcəksiniz ki, adada uşaqlardan, qocalardan, kişi və qadınlardan ibarət bir kənd, qəsəbə var və adada harmoniya hökm sürür. Amma 10 kişini və cinsini dəyişmiş 100 başqa insanı eynilə başqa bir adaya yerləşdirin, bəlli vaxtdan sonra gedib görəcəksiniz, adada 110 skelet var. Vəssalam. Bu, deməkdir ki, LGBT-yə qalsa, bəşəriyyətin gələcəyi ola bilməz, insan nəsli tükənib gedər.

Bəlkə bunu elə insanlığın gələcəyini düşünənlər icad ediblər, indi də inkişaf etdirirlər? Axı Yer üzündə insanların sayı çox artıb. Çin milyard yarım əhalini düzəldəndən sonra stop edib, indi də Hindistan qızışıb, onu keçib, dayandı0durdu, söhbəti yoxdur. Gecə-gündüz törəyirlər. Bax, LGBT onlara lazımdır ki, başları qarışsın, əkib-doğmaq işini bir az səngitsinlər.

Yoxsa dünyanın ən yaraşıqlı, hündürboy, güclü, atletik insanları Hollandiyada yaşayır, onlar da bu trendə qoşulublar, öz nəsillərini tükədirlər. Yenə də özləri bilərlər.

Yenə də gözügörünməzə şükür edək ki, normal orientasiyalı insanlar çoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR