İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Qüdsi Osmanov etimadnaməsi təqdim etdi - Fotolar

923 19.01.2024 18:36 Son xəbər A A

19 yanvar tarixində Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov etimadnaməsinin sürətini bu ölkənin xarici işlər naziri Luminitsa Odobeskuya təqdim edib.

Musavat.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji əməkdaşlıq və dostluq münasibətlərin əhəmiyyəti qeyd olunub, o cümlədən yüksək səviyyəli ikitərəfli səfərlərin, hökumətlərarası komissiyanın işinin və siyasi məsləhətləşmələrin gündəliyinə toxunulub.

İki ölkə arasında enerji, o cümlədən “yaşıl enerji”, nəqliyyat və logistika layihələrinin perspektivləri istiqamətində əməkdaşlığın genişlənməsi imkanları müzakirə olunub.
Nazir Luminitsa Odobesku iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək, Rumıniyanın ikitərəfli Strateji Tərəfdaşlığın inkişafına sadiqliyini bir daha təsdiq edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Nazir səfirə fəaliyyətində uğurlar arzulayıb.

Musavat.com

f94953cd-6e95-498e-aeaa-eb21b5fa4f71.jpg (763 KB)

ead5274b-f386-4d9a-ad59-62f91caa7e6a.jpg (643 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR