İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarsaq rejimdən gülünc iddia: Xankəndidə Türkiyə məhsulları ilə bağlı araşdırmalara başlandı

683 15.02.2023 16:18 Region A A

Milli Təhlükəsizlik Xidməti piştaxtalarda görünən, ehtimal ki, Türkiyə istehsalı olan məhsulların mənşəyini araşdırır.

Musavat.com bildirir ki, bununla bağlı erməni mediası xəbər yayıb.

Məlumatda deyilir ki, qondarma qurumun oyuncaq “milli təhlükəsizlik xidməti”nin mətbuat xidməti “Facebook sosial şəbəkəsində dünən Artsaxda türk mənşəli kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı” araşdırma aparır. “Artsax Respublikasının Milli Təhlükəsizlik Xidməti bu işin hallarını aydınlaşdırmaq, o cümlədən qeyd olunan məhsulun mənşəyini və Artsax bazarında necə göründüyünü aydınlaşdırmaq üçün tədbirlər görür. Görülən tədbirlərin nəticələri daha sonra açıqlanacaq”-xəbərdə deyilir.

Göründüyü kimi, qondarma qurum sarsaqlamaqda davam edir. Gah Azərbaycanın erməniləri “blokadada”, “humanitar fəlakətlər” içərisində yaşatdığını iddia edirlər, gah da hətta Türkiyə məhsullarının Qarabağa necə gəldiyi istiqamətində araşdırma apardıqlarını araşdırırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR