İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyan Paşinyanı HƏDƏLƏDİ: "Hakimiyyət dəyişikliyindən sonra..."

864 07.06.2026 15:24 Siyasət A A

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın ordunun vəziyyəti barədə səsləndirdiyi fikirlərə reaksiya göstərib.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, eks-prezident jurnalistlərə baş nazirin 2020-ci il müharibəsindən əvvəl bu ordunun regionun ən döyüşkən və qətiyyətli qüvvəsi olduğunu bəyan etdiyini xatırladıb.

Mayın 28-də keçirilən paraddan və orada nümayiş etdirilən silahlardan danışan Sarkisyan bir çox nümunənin effektivliyinə şübhə ilə yanaşdığını bildirib.

O qeyd edib ki, həmin silahlar hələ real döyüş şəraitində sınaqdan çıxarılmayıb. Sarkisyanın fikrincə, bu parad büdcədən ayrılan milyardlarla vəsaitin xərclənməsinə bəraət qazandırmaq cəhdidir.

Onun sözlərinə görə, bu vəsaitlərin nə dərəcədə səmərəli xərcləndiyi yalnız hakimiyyət dəyişikliyindən və müvafiq araşdırmadan sonra məlum olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR