İnsanlara hürriyət, millətlərə istiqlal!

“Samir müəllim, hamıya pul ayırırsınız, qazilərin də “1 abbası”sı verilsin”

2129 13.06.2023 12:07 Siyasət A A

Milli Məclisin komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki büdcə müzakirələrində iştirak edən maliyyə naziri Samir Şərifova xitab edib.

Musavat.com xəbər verir ki o, aşağıdakıları bildirib:

“Hörmətli Samir müəllim, hamıya pul ayırırsınız, qazılarin də “bir abbası”sını verməyi sizdən xahiş edirəm!” S.Novruzov bundan sonra da Qarabağ qazilərinə ayrılan təqaüdlərlə bağlı məsələ qaldırdığını xatırladıb, onların keçmiş xidmətlərinin nəzərə alınmasını xahiş etdi. Bildirdi ki, qarşıdan 26 iyun Azərbaycan Ordusunun yaranma günü gəlir və bu ərəfədə qaziləri sevindirmək olar. “Harda görüşürəmsə, bu məsələni qaldırırlar, ona görə xahiş edirəm ki, qaziləri sevindirəsiniz!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR