İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıda turistləri aparan avtobus qəzaya uğradı: Xəsarət alanlar var - FOTO

737 08.08.2023 13:47 Hadisə A A


Şamaxı rayonunda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Musavat.com unikal-a istinadən xəbər verir ki, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunublar.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR