İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Diniyev: “Orda ölüm-dirim məsələsi olacaq”

2072 30.11.2023 18:00 İdman A A

“Qarabağ"ı bu gün çətin oyun gözləyir. Vəziyyətə diqqət yetirsək, Azərbaycan çempionu həm psixoloji, həm də Avropa təcrübəsi baxımından tam hazırdır”.

Bunu İdman.biz saytına “Səbail” futbol klubunun baş məşqçisi Şahin Diniyev deyib.

Mütəxəssis “Qarabağ”ın Avropa Liqasının V turunda “Molde” ilə oyununu dəyərləndirib. Diniyev bildirib ki, Norveç təmsilçisi güclü futbolçulara sahib komandadır: “Demək olar ki, bu gün hər iki komanda üçün ölüm-dirim məsələsi olacaq. Çünki qrup ikinciliyi baxımından hər iki komanda həlledici matça çıxacaq. Ağdam təmsilçisi formadadır. Komandamızın göstərdiyi performans onu deməyə əsas verir ki, Qarabağ bu gün qalibiyyət əldə edə bilər. Hamımız “Qarabağ”ın qrupdan çıxması üçün dua edəcəyik. Lakin bu, futboldur. “Molde” də son oyunlarında qələbə qazanıb. Fikrimcə, “Qarabağ” səfərdə evdəkindən daha yaxşı oynayır. Qapanmış komandanı yarmaq ağdamlılar üçün çətin olar. Lakin açıq futbol gedərsə, "Qarabağ" daha təhlükəli təsir bağışlayacaq”.

Qeyd edək ki, “Molde” – “Qarabağ” matçı bu gün Bakı vaxt ilə saat 00:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR